Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölübbackend

Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub.

Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin edilib.