Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur – Lavrovbackend

Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:

“Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.