Daha 386 rusiyalı deputat Böyük Britaniyanın sanksiyalarına məruz qaldıbackend

Daha 386 rusiyalı deputat Böyük Britaniyanın sanksiyalarına məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar bu dəfə qondarma Donetsk və Luqansk xalq respublikalarının “suverenliyinin” tanınmasına səs verən Dövlət Dumasının 386 deputatına aid edilib.

Editor.az-ın “Kommersant”-a istinadən  verdiyi məlumata görə,  Xarici İşlər Nazirliyi departamentin rəhbəri Liz Truss bu barədə açıqlamasında bildirib ki, Böyük Britaniya Putinin Ukraynaya qarşı qanunsuz müdaxiləsində əli olanları və bu vəhşi müharibəni dəstəkləyənləri təqib edir.

Beləliklə, Duma deputatlarının krallığa səfəri, orada bizneslə məşğul olması qadağan edilib və hesabları dondurulub. Bundan əvvəlkiləri də nəzərə alsaq, sanksiyalara məruz qalan rusiyalı deputatların sayı 400-ə çatıb.

Xatırladaq ki, Böyük Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova da bir sıra sanksiyalar tətbiq edib.