Daha 7 rusiyalı Böyük Britaniyanın “qara siyahısı”na salınıbbackend

Daha 7 rusiyalı Böyük Britaniyanın “qara siyahısı”na salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya cümə axşamı Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 7 rusiyalını “qara siyahıya” daxil edib.

“Amerikanın səsi”ndən Editor.az-a daxil olan məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi “qara syahı”da “Rosneft” şirkətinin rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, VTB Bankın rəhbəri Andrey Kostin, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, iş adamı Oleq Deripaska. “Rusiya” bankının idarə heyətinin sədri Dmitri Lebedev və “Transneft”in rəhbəri Nikolay Tokarevin adları var. Bu şəxslərin hamısının Böyük Britaniyadakı aktivləri dondurulub, krallığın ərazisinə girişi qadağan edilib və istənilən fiziki və hüquqi şəxslərlə bank-ticarət əməliyyatlarına qadağa qoyulub.

Editor.az