Daha bir Afrika ölkəsində hərbçilər hakimiyyəti ələ aldıbackend

Daha bir Afrika ölkəsində hərbçilər hakimiyyəti ələ aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qabon hərbçiləri televiziya vasitəsilə prezident seçkilərinin nəticələrinin və dövlət qurumlarının ləğv edildiyini bəyan ediblər.

Editor.az xəbər verir ki, bu barədə AFP və “Reuters” məlumat yayıb. Hər iki agentliyin müxbirləri bildirirlər ki, paytaxt Librevildə atəş səsləri eşidilib. AFP-nin məlumatına görə, “Gabon24” telekanalında 12 hərbçi “İnstitusiyaların keçid və yenidən təşkili komitəsi” adından müraciət edib.

Onlar ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmadıqları üçün hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Hərbçilər həmçinin Qabonun sərhədlərinin “sonrakı xəbərdarlığa qədər” bağlı olacağını bildiriblər. Hərbçilərin bəyanatından sonra Qabonun paytaxtında atəş səsləri eşidilib. Kimin atəş açdığı barədə məlumat verilməyib. Həmçinin, ehtimal olunan qurbanlar və ya ölənlər barədə məlumat verilmir. Qeyd edək ki, avqustun 26-da Qabonda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib.

Səsvermənin nəticələrinə görə, 2009-cu ildən prezident olan 64 yaşlı Əli Bonqo Ondimba 64,27 faiz səslə qalib gəlib və bununla da üçüncü müddətə yenidən seçilib. Ali Bonqo Ondimba ailəsi 56 ildir Qabonu idarə edir. 1967-ci ildən ölkənin əvvəlki prezidenti onun atası Ömər Bonqo olub. Ali Bonqo Ondimbanın əsas rəqibi, iqtisad professoru Albert Ondo Ossa rəsmi rəqəmlərə görə 30,77% səs toplayıb.

Müxalifət yenidən seçilən prezidenti seçki saxtakarlığında ittiham edib. Səsvermənin sonunda ölkədə komendant saatı tətbiq edilib və internet bağlanıb.

//Samir Qurbanov, Editor.az