Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldıbackend

Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlana Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.

Editor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıya “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.

Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.

Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər”də tamaşaçı qarşısına çıxacaq

.

Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı
Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı