Daha bir Avropa ölkəsi Rusiyadan qaz tədarükünü dayandırmaq niyyətindədirbackend

Daha bir Avropa ölkəsi Rusiyadan qaz tədarükünü dayandırmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin energetika naziri Ebba Buş bildirib ki, krallıq Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa tətbiq etməyi nəzərdən keçirir.

Onun sözlərinə görə, Rusiya LNG-yə qadağa Aİ-nin sanksiyalar paketinin bir hissəsi kimi tətbiq oluna bilməsə, ölkə belə bir tədbirə müraciət edə bilər. Macarıstan bu qadağaya qarşıdır. Xanım Buş “Bloomberg”ə deyib: “Bu optimal deyil, lakin biz Rusiyadan LNG idxalını dayandırmaq və sanksiyalar tətbiq etmək üçün bir yol axtarırıq”.

Rusiya Avropaya ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsüdür. “Kpler”in məlumatlarına görə, Rusiya aprel ayında 2,84 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac edib. Ümumi həcmin 46%-i Avropaya tədarük edilib.

Bu arada Rusiya Federasiyası ixrac etdiyi LNG-nin üçdə birini Asiyaya göndərib – 34%. Digər 20% isə statistikada “naməlum istiqamətə yönəldilmiş” kimi qeyd olunub.

//Samir Qurbanov, Editor.az