Daha bir avtobusun hərəkət sxemi dəyişdirildibackend

Daha bir avtobusun hərəkət sxemi dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq Bakıda fəaliyyət göstərən 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Editor.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.