Daha bir dəhşətli təyyarə QƏZASI – Ölənlər varbackend

Daha bir dəhşətli təyyarə QƏZASI – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

Bu barədə “Agence France-Presse” hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub.

“İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb”, – agentlik adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, hadisədən əvvəl texniki nasazlıq baş verib. Ölənlərin dəqiq sayı açıqlanmır.

Musavat.com