Daha bir əfsanə karyerasını başa vurduğunu elan etdibackend

Daha bir əfsanə karyerasını başa vurduğunu elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Los Anceles” FK –nun uelsli hücumçusu Qaret Beyl karyerasını başa vurduğunu açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, Tvitter hesabında “Diqqətli və düşünülmüş fikirlərdən sonra klubdan və beynəlxalq futboldan dərhal istefa verdiyimi elan edirəm” şəklində elan edib.

Xatırladaq ki, 33 yaşlı Qaret Beyl futbolçu karyerasına 2006-cı ildə “Sauthempton”da başlayıb. 2007-ci ildə Londonun “Tottenhem Hotspur” klubuna keçib və burada 2012/2013 mövsümünün sonunda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb. Beyl 2013-cü ildə “Real” Madridə keçib. İspan klubu ilə o, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya çempionatının qalibi olub. 2006-2022-ci illərdə Qaret Beyl müntəzəm olaraq Uels yığmasına çağırılıb. 2016-cı ildə o, Uels millisi ilə Avropa çempionatında yarımfinala yüksəlib. Uelsin qrup mərhələsində mübarizədən kənarlaşdırıldığı Qətərdə keçirilən 2022-ci il dünya çempionatında Beyl komandanın kapitanı idi.
 
  //Samir Qurbanov, Editor.az