2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
Editor.az bildirir ki, bu barədə FİFA rəhbərinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirilmiş mesajda deyilir. “Futbol dünyanı heç bir idman növü kimi bir araya gətirir və Dünya Kuboku birlik və inklüzivlik üçün mükəmməl bir nümayişdir”, – Canni İnfantino yazıb.
Krallığın dünya çempionatına ev sahibliyi etmək iddiası yeganə olaraq qaldı. Avstraliya bu ideyadan imtina edəndən sonra dünya çempionatına ev sahibliyi etmək istəyən başqa ölkə olmayıb. Xatırladaq ki, 2026-cı ilə planlaşdırılan növbəti turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
//Samir Qurbanov, Editor.az

