Daha bir həkim koronavirusdan vəfat etdibackend

Daha bir həkim koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib.

Bu barədə qafqazinfoya mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib.

Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib.

İ.Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb.