Daha bir kənd Azərbaycana qaytarılır?backend

Daha bir kənd Azərbaycana qaytarılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Ararat vilayətinin Tiqranaşen (Kərki) kəndinin Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Editor.az xəbər verir ki, bu barədə danışan nazirliyin mətbuat katibi Armine Muradyan yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Ermənistan mətbuatında Ararat bölgəsinin Tiqranaşen (Kərki) kəndini 5 gün ərzində Azərbaycana təhvil verməyə hazırlaşdığı barədə xəbərlər yayılıb.

Xatırladaq ki, Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Kəndin adı Tiqranaşenə dəyişdirilərək, Ararat vilayətinin tərkibinə daxil edilib.

 

Axar.az