Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdibackend

Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alişer Usmanovun keçmiş şəriki Vasili Anisimov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci milyarder oldu.

Editor.az xəbər verir ki, bu barədə “Forbes” biznesmendən alınan sənədlərə istinadən yazır. Qeyd olunur ki, Anisimov hazırda Xorvatiya vətəndaşıdır. O, ilk Xorvatiya pasportunu 2003-cü ilin oktyabrında alıb. Bir neçə il ərzində o, ölkənin daşınmaz əmlakına ümumilikdə 11 milyon dollar sərmayə qoyub.

Pullar xüsusilə Korcula adasında idman bazasının tikintisinə gedib. Rus bədii gimnastları müharibə başlamazdan əvvəl təxminən 20 il orada məşq ediblər. Vətəndaşlıqdan imtina etdikdən sonra Anisimov Rusiyaya “Bolşoy Domodedovo” MMC şirkətinin dəvəti ilə aldığı iş vizası ilə daxil olur. Anisimov özü iddia edir ki, onun artıq Rusiyada heç bir aktivi yoxdur və adıçəkilən şirkəti, eləcə də “Coalco”nu menecerlərə verib. İş adamının 1990-cı illərin ortalarında, təxminən 60.000 dollara başa gəldiyi Dominikan vətəndaşlığı da var.

“Forbes” Anisimovun sərvətini 1,6 milyard dollar dəyərində qiymətləndirir. Bu, əsasən Mixaylovski GOK-un və digər aktivlərinin Usmanova satışından əldə edilən puldur. Milyarderin Qazaxıstan və Afrikada da biznesləri var və 2022-ci ildə BƏƏ-də daşınmaz əmlak satışı ilə məşğul olub.

//Samir Qurbanov, Editor.az