Daha bir müavini istefa verdi: Tonoyan həbs edilə bilərbackend

Daha bir müavini istefa verdi: Tonoyan həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Editor.az xəbər verir ki, bu barədə “Mediaport” “Telegram” kanalı məlumat yayıb. Makar Qambaryan bu vəzifəyə 29 may 2018-ci il tarixdə təyin edilib.

Məlumatda qeyd edilir ki, o birbaşa keçmiş nazir David Tonoyanın korrupsiya əməliyyatlarında iştirak edib.

Bəzi iddialara görə, Ermənistanın hərbi rəhbərliyindəki təmizləmələr həbslərlə də müşayiət olunacaq. Artıq xeyli sayda hərbçi barəsində cinayət işinin başlandığı barədə məlumatlar var.

İddialara görə, həbslərin kuliminasiya nöqtəsi David Tonoyan və müavinlərinin qandallanması ola bilər.

Loading...