Daha bir ölkə Ukraynaya Rusiyanı vurmaq icazəsi verdibackend

Daha bir ölkə Ukraynaya Rusiyanı vurmaq icazəsi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin xarici işlər naziri Espen Bart Eide Ukraynanın Qərb ölkələrindən aldığı silahlardan Rusiyadakı hərbi hədəflərə qarşı istifadə edə biləcəyini bildirib.

Editor.az bildirir ki, bu barədə NRK məlumat yayıb: “Biz hesab edirik ki, Ukraynanın beynəlxalq hüquqa əsasən, öz ərazisinin müdafiəsi çərçivəsində Rusiyaya hücum etmək hüququ da var… Biz əsaslı şəkildə inanırıq ki, Ukrayna Qərb ölkələrindən aldığı silahlardan əlaqəli hərbi hədəflərə qarşı da istifadə edə bilər və bunun Ukraynadakı müharibəyə birbaşa aidiyyatı var” – Eide deyib.

Onun sözlərinə görə, əks halda müttəfiqlər “Ukraynaya demarkasiya tətbiq edirlər ki, bu da qələbə qazanmağı çətinləşdirir”. Eide həmçinin qeyd edib ki, hər bir ölkə öz dəqiq şərtlərini müəyyən etməlidir.

//Samir Qurbanov, Editor.az