Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdibackend

Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada məktəblərin fəaliyyəti bərpa olunub.

Editor.az xəbər verir ki, koronavirus pandemiyası səbəbilə bağlanan məktəblərin 40 faizi dünən yenidən açılıb.

Digər məktəblərin böyük hissəsinin açılması isə bu həftə ərzində gözlənilir.

Ölkənin Təhsil naziri Qavin Uilyamson məsələ ilə bağlı açıqlamasında uşaqların buna çox ehtiyacı olduğunu, bu səbəbdən məktəbə geridönüşü vacib hesab etdiklərini deyib.

Təhsil Nazirliyi isə məktəblərdə şagird və müəllim kollektivinin təhlükəsizliyi üçün sosial məsafənin mümkün olduğu qədər nəzarət altında saxlanılması üçün sistem tətbiq ediləcəyini açıqlayıb.

Təlimatlara əsasən, karantin tətbiq edilən bölgələrdəki məktəblərin dəhliz kimi ictimai məkanlarında maska taxmaq məcburi olacaq.

Qeyd edək ki, Britaniyada 20 martda məktəblər bağlanmışdı.

//publika.az