Daha bir rus generalı öldürüldübackend

Daha bir rus generalı öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya ordusunun daha bir generalının öldürülməsi haqqında xəbər yayıb. Editor.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, məlumatda Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci
Ordusunun qərargah rəisi və komandirinin birinci müavinini, general-mayor Vitali Gerasimovun həlak olduğu iddia edilir.

Onun Xarkov yaxınlığındakı döyüşlərdə öldüyü bildirilir.

Məlumat üçün qeyd edək ki, Gerasimov ikinci Çeçenistan müharibəsində, Suriyadakı hərbi əməliyyatlarda və Krımın ilhaqı əməliyyatında iştirak edib.

Rusiya tərəfdən general-mayorun ölümü ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur. Lakin Gerasimovun həyatda olmasına dair dəlillər də təqdim edilməyib.

//Editor.az