Daha bir rus generalı Ukraynada ÖLDÜRÜLDÜbackend

Daha bir rus generalı Ukraynada ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Ryazantsevi öldürülüb.

“Unikal”xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.