Daha bir rus oliqarxının “ŞÜBHƏLİ ÖLÜMÜ”: Moskva rəhbərliyi tərəfindən öldürüldüyü iddia edilirbackend

Daha bir rus oliqarxının “ŞÜBHƏLİ ÖLÜMÜ”: Moskva rəhbərliyi tərəfindən öldürüldüyü iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şübhəli şəkildə həyatını itirən rus oliqarxlarına daha bir nəfər əlavə olundu. Rusiyanın ən böyük şirkəti və dünyanın ən böyük qaz istehsalçısı olan “Qazprom”a məxsus “Krasyana Polyana” xizək kurortunun meneceri Andrey Krukovski uçurumdan yıxılaraq dünyasını dəyişib.

Editor.az xəbər verir ki, Rusiya mətbuatı Krukovskinin ərazidəki qədim “Ahipse” qalasına gedərkən bədbəxt hadisə ilə üzləşdiyini yazıb. Bildirilir ki, 37 yaşında dünyasını dəyişən Krukovski Rusiyada iri şirkətlərdə menecer olub və 2012-ci ildə Soçidə “Qazprom”a məxsus obyektin başına gətirilib. Qazprom şirkəti ilə əlaqəsi olduğu düşünülən 6 rus oliqarxının son üç ayda şübhəli şəkildə ölümü hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Qərb mediası bu şəxslərin Moskva rəhbərliyi tərəfindən öldürüldüyünü iddia edir.

//Gülnarə Abasova, Editor.az