Daha bir Rusiya helikopteri vuruldubackend

Daha bir Rusiya helikopteri vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 9-da səhər saatlarında Ukrayna əsgərləri rus hərbçilərinin helikopterini vurublar.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İndi helikopterin növü müəyyənləşdirilir.

Xatırladaq ki, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları Rusiyanın Ka-52 hücum helikopterini portativ zenit-raket kompleksi, avqustun 7-də isə Silahlı Qüvvələrin 47-ci mexanikləşdirilmiş briqadası Ka-52 helikopterini PZRK sistemi vasitəsilə məhv edib.

  //Samir Qurbanov, Editor.az