Daha bir ştat Donald Trampın Respublikaçılar Partiyasından ilkin seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsini qadağan edibbackend

Daha bir ştat Donald Trampın Respublikaçılar Partiyasından ilkin seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsini qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Men ştatında Respublikaçılar Partiyasının ilkin seçkilərdə (praymeriz) prezidentliyə namizədliyinin irəli sürülməsi qadağan edilib.

Editor.az “European Truth”a istinadən xəbər verir ki, bu barədə Men ştatının dövlət katibi Şanna Bellouzun müraciətində deyilir. O, qərarını ABŞ Konstitusiyasına iğtişaşçıların seçkilərdə iştirakını qadağan edən 14-cü Düzəlişlə əsaslandırıb.

Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücuma səbəb olan tərəfdarlarının hərəkətlərini təhrik etməkdə ittiham olunur. “Cənab Tramp zorakılıq ehtimalından xəbərdar idi və ilkin olaraq onu dəstəkləyirdi. Çünki o, nəinki qızışdırıcı ritorika ilə bunu təşviq edir, həm də onu dayandırmaq üçün vaxtında heç bir tədbir görmürdü”, – hesabatda deyilir. Bellouz bildirib ki, Trampın tərəfdarlarını dinc olmağa və hüquq-mühafizə orqanlarına tabe olmağa etdiyi çağırışları ona bəraət qazandırmır.

Bu qərardan ştat məhkəməsinə, sonra isə Ali Məhkəməyə şikayət verilə bilər və Tramp kampaniyası artıq buna hazır olduğunu təsdiqləyib. CNN-in məlumatına görə, Trampın seçki kampaniyasının sözçüsü Stiven Çanq Bellouzu “prezident seçkilərinə müdaxilə etməyi seçməkdə” ittiham edib.

Bundan əvvəl Respublikaçılar Partiyası Kolorado Ali Məhkəməsinin Trampı ştatda keçirilən partiya seçkilərində (praymerizlərdə) iştirakdan məhrum etməsindən sonra ABŞ Ali Məhkəməsinə müdaxilə etməyi xahiş etmişdi. Miçiqan Ali Məhkəməsi isə keçmiş prezidentin seçkilərdə iştirakının qadağan edilməsi ilə bağlı iddianı rədd edib

//Samir Qurbanov, Editor.az