Daha bir tanınmış vəfat etdibackend

Daha bir tanınmış vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Emil Kərimov vəfat edib.

Editor.az  APA-ya istinadən bildirir ki, o, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb. O, 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olub. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləyib. 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olub.

Emil Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyükdür. O, 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik edib.