Daha bir təyyarə Ermənistandan Bakıya uçdubackend

Daha bir təyyarə Ermənistandan Bakıya uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın “Aegean Airlines” (“Aegean Airlines”) aviaşirkətinin təyyarəsi noyabrın 24-də Ermənistanın hava məkanı vasitəsilə Larnaka (Kipr) – Bakı reysi həyata keçirib.

Yenisabah “Flightradar24″ə istinadla xəbər verir ki, təyyarə Ermənistanın Armavir vilayətinin Yervandaşat kəndi yaxınlığında Ermənistan-Türkiyə sərhədini keçib, İrəvanın Erebuni inzibati rayonu, Geqarkunik rayonuna, daha sonra isə Bakıya istiqamətlənib.

Xatırladaq ki, noyabrın 23-də axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransı başlamazdan bir müddət əvvəl Azərbaycanın “AZAL” aviaşirkətinin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Naxçıvandan Bakıya uçub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Ermənistanın hava məkanından ilk uçuşu 2021-ci ilin oktyabrında şirkətin təyyarəsi Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reys həyata keçirən zaman məlum olub.

Daha bir təyyarə Ermənistandan Bakıya uçdu