Uraynalı jurnalist Viktoriya Roşinanın taleyi ilə bağlı məlumat yoxdur.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ukraynadan olan Viktoriya Roşçinanın Rusiyada həbsdə olması və sentyabrda vəfat etməsi ilə bağlı məlumatı belə şərh edib.
“Xeyr, təəssüf ki, bizdə də bu məlumat yoxdur. Mən bu barədə heç nəyə aydınlıq gətirə bilmərəm” Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, ötən həftə Ali Radanın insan haqları üzrə komissarı Dmitri Lubinets 27 yaşlı Viktoriya Roşinanın ölümü ilə bağlı Rusiya tərəfdən təsdiq aldığını bildirib. O, hadisə ilə bağlı məlumatı BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə çatdırıb. Ukraynanın “Qratı” nəşri yazıb ki, Rusiya Müdafiə Nazirliyi atasının müraciətinə cavab olaraq jurnalistin ölüm xəbərini yayıb. Nəşrin məlumatına görə, nazirliyin məktubunda ölüm tarixi sentyabrın 19-da göstərilib və qızın cəsədinin “məhbusların cəsədlərinin mübadiləsi çərçivəsində” Ukrayna tərəfinə qaytarılacağı vəd edilib. Ölümün səbəbləri məlum deyil.
Viktoriya Roşina “Hromadske” və “Ukrainska Pravda” nəşrləri ilə işləyib. O, 2023-cü ilin avqustunda yoxa çıxıb. Bu ilin mayında Rusiya Müdafiə Nazirliyi qızın saxlanıldığını və Rusiyada olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

