Daha bir virus TƏHLÜKƏSİ QAPIDA: Analiz nəticələri pozitiv çıxdıbackend

Daha bir virus TƏHLÜKƏSİ QAPIDA: Analiz nəticələri pozitiv çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli quş qripi aşkarlanıb.

Publika.az xəbər verir ki, bunu İranın Mazanaran vilayəti Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

K.Rəbiinin sözlərinə görə, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz edilməsi ilə ötən gün (7 dekabr) analizin nəticələri pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 Qu quşunun ölüsü tapılıb.

Rəbii əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti su-bataqlıq ərazilərinə təxminən 2 min köçəri Qu quşu gəlir. İndiyədək Feridunkenar su-bataqlıq ərazisinə təxminən 500 qu quşunun gəldiyi bildirilir.