Daha bir yüksək rütbəli rus zabiti öldürüldü-FOTObackend

Daha bir yüksək rütbəli rus zabiti öldürüldü-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin 76-cı diviziyasının qərargah rəisinin müavini Sergey Nikulini məhv ediblər.

Editor.az bu barədə Ukrayna mənbələrinə istinadən məlumat verir. OSINT-in eksperti İrakli Komaxidzenin sözlərinə görə, ruslar iki gün əvvəl rabitə rəisi, Pskov desant diviziyasının qərargah rəisinin müavini, polkovnik-leytenant Sergey Nikulinin öldürülməsi barədə məlumat yayıblar. Nekroloqda bu hallar və yüksək rütbəli rus işğalçısının məhv olunma tarixi göstərilmir.

Buna baxmayaraq, 76-cı diviziyanın Ukraynanın Xerson vilayətində bir neçə ay ərzində “qəhrəmancasına müdafiə olunduğu” dəqiq məlumdur.

  //Samir Qurbanov,Editor.az