“Daha geniş auditoriya erməni cinayətləri haqqında məlumatlandırılmalıdır”-ŞƏRHbackend

“Daha geniş auditoriya erməni cinayətləri haqqında məlumatlandırılmalıdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Birinci Qarabağ müharibəsində misli görülməmiş vəhşiliklər törədib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, bölgədə türk-müsəlman irsi tamamilə məhv edilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, ermənilərin yerli xalqlara, azərbaycanlılara qarşı qəddarlıq nümunələri çoxsaylı faktlarla təsdiqlənir:

“Azərbaycan Vətən müharibəsində tarixi torpaqlarını işğaldan azad etdikdən sonra ərzilərimizdən kütləvi şəkildə qəbirsanlıqları aşkar edilir, aparılmış tədqiqat işləri onların xüsusi amansızlıqla qətlə yetirildiyini sübut edir. Bu bir daha onu göstərir ki, erməni faşizmi nə qədər qorxunc və təhlükəlidir. Xüsusilə vurğulamaq lazımdır ki, Şuşa həbsxanası ərazisində aşkarlanan qalıqlar da bu qəbildən olan nümunələrdən biridir. Eyni zamanda, Azərbaycanın müvafiq orqanları aşkar olunan qalıqların nümunələrini beynəlxalq ictimaiyyətə təqdim edib. Vaxtında erməni faşizminə son qoyulsaydı, bu gün bəlkə də bu cür qətliamlar törədilməzdi. İşgəncələr, zorakılıq halları və qəddarlıq baş  qaldırmazdı. Bu gün görürük ki Vətən müharibəsində qazanılan tarixi Qələbə  rəğmən hələ də revanşist ideologiyanın daşıyıcıları mövcuddur, hələ də dəhşətli qətliamları törədən şəxslər azadlıqdadır. Azərbaycan sərhədlərini keçəndə onlar qanun qarşısında cavab verirlər. Ümid edirəm ki, bu dəhşətləri  törədənlər məhkəmə qarşısında cavab verəcəklər və beləliklə, ədalət bərqərar olunacaq. Siyasi-hüquqi müstəvidə aşkarlanan qalıqlarla bağlı fəaliyyəti daha da genişləndirmək lazımdır. Daha geniş auditoriya erməni cinayətləri haqqında məlumatlandırılmalıdır”.

//Gülnarə Abasova, Editor.az