Daha yeddi avtomobil Laçın yolundan keçdi – FOTObackend

Daha yeddi avtomobil Laçın yolundan keçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarına məxsus yeddi avtomobil Laçından Xankəndiyə maneəsiz keçib.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidinə şərait yaradıblar. Bundan əvvəl sülhməramlılara məxsus daha bir neçə avtomobil də Laçın yolundan maneəsiz keçib.

11:59

Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobil Xankəndidən Laçına maneəsiz keçib.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidinə şərait yaradıblar.

09:16

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Aksiyanın 37-ci günündə, RSK-ya məxsus ilk minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.