Dalaşanları ayırmağa çalışdı amma HƏYATINDAN OLDUbackend

Dalaşanları ayırmağa çalışdı amma HƏYATINDAN OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Aydın vilayətinin Didim rayonunda iki dost arasında dava düşüb. Davanı dağıtmağa gələn şəxs tapança ilə vurularaq öldürüb.

Editor.az xəbər verir ki, hadisə, Didim rayonunun Kiçik Sənaye bölgəsində bir iş yerində baş verib. Əldə edilən məlumata görə, H.K. adlı şəxs və M.Y. adlı iki dost, Altınkumda spirtli içki qəbul etdikdən sonra sənayeyə qayıdıb.

Sərxoş olduğu deyilən iki dost arasında naməlum səbəbdən mübahisə yaranıb.

Hadisə yerini tərk edən M.Y az sonra yenidən H.K.-nın qaldığı iş yerinə gələrək tapança ilə atəş açmağa başlayıb. H.K ilə eyni iş yerində qalan Serdar Tokat silah səslərini eşidib çölə çıxıb.
M.Y.-ni sakitləşdirməyə çalışarkən tapançadan çıxan güllə Serdar Tokatın boğazına dəyib. Silah səslərini eşidən ətrafdakı insanlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Əraziyə polis və həkimlər göndərilib. Araşdırma zamanı 2 uşaq atası olan Serdar Tokatın hadisə yerində öldüyü məlum olub. Qeyd edək ki, M.Y Didim Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb.

//Samir Qurbanov, Editor.az