Damla xəstəxanalıq oldu – Yenilənib – VİDEObackend

Damla xəstəxanalıq oldu – Yenilənib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Damla bir neçə gün əvvəl plastik əməliyyat etdirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Damla bildirib ki, bədənşəkilləndirmə əməliyyatı keçirib:

“Bu əməliyyatı dünya ulduzundan eşitmişdim. Bir aparat var. Onun köməkliyi ilə bədənşəkilləndirmə icra olunur. Bu əməliyyatla dəri bərkiyir və sıxlaşır. Bədənimdən yağ aldırmaq istəmirəm. Abdominoplastika (qarın gərmə əməliyyatı – red.) ümumiyyətlə istəmirəm. Heç zaman bu əməliyyatı keçirməmişəm. Sadəcə istədiyim dərimin bərk olmasıdır. Mən tez-tez arıqlayıb, kökəlirəm”.

————-
2024.10.29

Müğənni Damla xəstəxanadan görüntülərini paylaşıb.

Editor.az axşam.az-a istinadən bildirir ki,  sənətçi əməliyyata yollandığını nümayiş etdirib. O, hansı səbəbdən bıçaq altına yatdığını açıqlamayıb.

Qeyd edək ki, Damla bundan əvvəl bir neçə dəfə plastik əməliyyat etdirib.

Milli.Az