Danimarka hakimiyyəti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.
Editor.az xəbər verir ki, Baş nazir Mette Frederiksen bu təşəbbüsü parlamentdəki çıxışında açıqlayıb. Lakin o, hansı sosial media platformalarının qadağan olunacağını dəqiqləşdirməyib. “Cib telefonları və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”,-deyə bildirib.
Statistikanın problemin ciddiliyini ortaya qoyduğunu qeyd edən Öztürk ölkədə 11-19 yaş arası oğlanların 60 faizinin dostları ilə görüşməkdənsə, evdə vaxt keçirməyə üstünlük verdiyini bildirib.
Təklif olunan qaydalara əsasən, 13 və daha yuxarı yaşda olan uşaqlar sosial mediadan yalnız valideynlərinin icazəsi ilə istifadə edə biləcəklər.
//Gülnarə Abasova, Editor.az

