Danimarka əks-hücum üçün Ukraynaya ən böyük yardım paketi göndəribbackend

Danimarka əks-hücum üçün Ukraynaya ən böyük yardım paketi göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Ukraynaya bu günə qədər 1,7 milyard DKK dəyərində ən böyük yardım paketini göndərib.

Editor.az Danimarka Müdafiə Nazirliyinin saytında yayılan məlumata istinadən bildirir ki, bura Ukraynanın yaxın aylarda nəzərdə tutulan əks-hücum qabiliyyətini gücləndirmək məqsədi daşıyan avtomobillər, avadanlıqlar, hava hücumundan müdafiə vasitələri və sursatlar daxildir. Qeyd olunub ki, bu avadanlıqlsr Ukrayna tərəfindən sifariş olunub. “Biz bilirik ki, ruslar Ukraynanın işğal olunmuş ərazilərində Ukraynanın irəliləyişini dayandırmalı olan səngərlər, mina sahələri və digər maneələrlə məskunlaşıblar. İanə paketindəki materiallar Ukrayna tanklarının və zirehli piyadalarının irəliləməsinə yol açmaqda vacibdir”,- deyə müdafiə naziri Troels Lund Poulsen bildirib.

Yardım paketinə zirehli xilasetmə və mühəndislik maşınları, minaaxtaran gəmilər və şlanqlar, minaatan mərmiləri, Carl Gustaf tank əleyhinə qumbaraatan üçün döyüş sursatı, mobil səhra körpüləri və gecəgörmə cihazları daxildir. Onlar həmçinin hava hücumundan müdafiə vasitələrinin alınması üçün pul da ayırıblar. Danimarka Müdafiə Nazirliyi artıq Ukraynaya təxminən 11 milyard Danimarka kronu məbləğində dəstək verdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az