Danimarka: “F-16-lar Ukrayna Silahlı Qüvvələrinə verilə bilməz”backend

Danimarka: “F-16-lar Ukrayna Silahlı Qüvvələrinə verilə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib ki, Ukrayna Danimarka F-16 qırıcılarının hamısını almayacaq, çünki onların bəziləri Argentinaya satıla bilər.

Editor.az bu barədə “TV2″yə istinadla xəbər verir. Poulsen deyib: “Mən potensial sazişin şərtlərini müzakirə etməliyəm, lakin aydındır ki, biz razılaşmanın rəsmiləşdirilməsinin son mərhələsindəyik”. O həmçinin əlavə edib ki, Ukraynaya 19 döyüş təyyarəsi göndərilməsi “əhəmiyyətli ianə”dir.

Bundan əvvəl Belçikanın Danimarkadakı Skrydstrup aviabazasında Ukrayna Silahlı Qüvvələrinin pilotlarının təlimi üçün 50 təlimçi və iki F-16 təlim təyyarəsi ayırdığı bildirilirdi. Bildirilir ki, danimarkalılar təhlükəsizlik baxımından təlim alan ukraynalıların sayını və ya NATO ölkələrindən olan təlimatçılarla bağlı məlumatları açıqlamır. Məlum olan odur ki, pilotlar, texniklər və hava missiyasını planlaşdıranlar Skrydstrup Hava Bazasında təlim alırlar. Eyni zamanda, noyabr ayından Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün ingilis dili dərsləri ilə altı aylıq təlim kursu başlayıb.

//Gülnarə Abasova, Editor.az