Danimarka, Qrenlandiya və ABŞ Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı üçtərəfli razılaşma imzalamağa hazırlaşır.
Editor.az xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen bildirib ki, yeni mexanizm Arktikada təhlükəsizlik məsuliyyətinin yalnız ABŞ və Danimarkanın üzərində qalmasının qarşısını almağı və NATO-nun rolunu artırmağı nəzərdə tutur.
Razılaşmanın Qrenlandiyanın suverenliyinə hörmət edəcəyi vurğulanır. ABŞ Prezidenti Donald Tramp isə razılaşmanın Qrenlandiyanın təhlükəsizliyi üzərində ABŞ-a uzunmüddətli nəzarət verəcəyini bildirib. Danimarka və Qrenlandiya tərəfi Trampın bu ifadəsini ayrıca təsdiqləməyib.
Razılaşmanın NATO-nun Arktikadakı fəaliyyətini gücləndirə biləcəyi bildirilir.
//Samir Qurbanov, Editor.az

