Danimarka Ukraynanın krallıqdan alacağı F-16 qırıcıları ilə Rusiyadakı hərbi hədəflərə zərbələr endirmək icazəsi verirbackend

Danimarka Ukraynanın krallıqdan alacağı F-16 qırıcıları ilə Rusiyadakı hərbi hədəflərə zərbələr endirmək icazəsi verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib ki, Ukrayna Rusiya daxilindəki hərbi hədəflərə zərbələr endirmək üçün krallıqdan alacağı F-16 qırıcılarından istifadə edə biləcək.

O izah edib ki, bu, məsələ Danimarka üçün yeni mövqe deyil, məsələ qırıcıların köçürülməsi planlarının müzakirəsi zamanı da müzakirə olunub: “Biz bunu Danimarka parlamentində Xarici Əlaqələr Komitəsində müzakirə edəndə açıq şəkildə bildirdik ki, özünümüdafiənin bir hissəsi kimi təcavüzkarın ərazisindəki hərbi hədəflərə də hücum etmək mümkün olsun”, – Rasmussen bildirib. Bir neçə gün əvvəl Belçikanın baş naziri Alexander De Croo nəşrə bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin onun ölkəsindən aldığı döyüş təyyarələrini yalnız öz ərazisində istifadə edə bilər.

Belçika hakimiyyəti 2028-ci ilə qədər Ukraynaya ümumilikdə 30 F-16 qırıcısı təhvil verməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az