Danimarka Ukraynaya 13 milyon dollardan çox ianə veribbackend

Danimarka Ukraynaya 13 milyon dollardan çox ianə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka ölkənin silahlı qüvvələrinin və Müdafiə Nazirliyinin kibertəhlükəsizliyini gücləndirmək üçün Ukraynaya 91 milyon kron (13,26 milyon dollar) yardım edib.

Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, yanvarın 24-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşü ilə əlaqədar Danimarka və BT koalisiyasının digər üzvləri arasında əməkdaşlıq sazişi imzalanıb.

Danimarkadan başqa, koalisiyaya İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Ukrayna və Estoniya da daxildir. Hazırda Lüksemburq və Estoniya da maliyyə yardımı elan ediblər. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ianə Ukraynanın kibermüdafiəsini gücləndirmək üçün uzunmüddətli dəstəyə mühüm töhfədir.

Yanvarın 23-də bildirilib ki, Danimarka və Çexiya Ukraynaya yardım göstərmək üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Razılaşmanın məqsədi Ukraynaya yüksək keyfiyyətli silah və texnikanın mümkün qədər tez çatdırılmasını təmin etməkdir.

//Gülnarə Abasova, Editor.az