Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Kopenhagen Ukraynaya daha 45 tank, o cümlədən 30 Leopard 1 və 15 “T-72” təhvil verəcək.
Editor.az bu barədə “Berlinqske”yə istinadla yazır.
Nazir bu barədə Almaniyanın Ramşteyn hərbi bazasına gəldikdən sonra açıqlama verib. Bundan əvvəl Danimarka Almaniya və Hollandiya ilə əməkdaşlıq edərək 100 Leopard 1 tankı alıb Ukraynaya hədiyyə etmişdi.Yeni tank qrupunun təkcə Kopenhagen tərəfindən alınmayacağı qeyd edilib.
Qeyd edək ki, sentyabrın 8-də ilk 10 Danimarka Leopard tankı Ukraynaya çatdırılıb. Sentyabrın 9-da Forbes yazıb ki, tanklar Ukrayna ordusuna təlim keçmək üçün Danimarka muzeylərindən icarəyə götürülüb.
//Gülnarə Abasova, Editor.az

