Danimarkada İsrail səfirliyi yaxınlığında partlayış olubbackend

Danimarkada İsrail səfirliyi yaxınlığında partlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka polisi Kopenhagendə baş verən iki partlayışla bağlı araşdırma aparır. Ölən və yaralananlar olmayıb. “Reuters”in məlumatına görə, partlayışlar İsrail səfirliyinin “yaxınlığında” baş verib.

Nəyin partladığı hələ məlum deyil. “Hadisə yerində ilkin araşdırma aparırıq”, – deyə şəhər polisinin X sosial media hesabında yerləşdirilmiş bəyanatında deyilir.

Dünən, oktyabrın 1-i axşam saatlarında İran İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu raket zərbəsini HƏMAS və “Hizbullah” liderləri Həsən Nəsrullah və İsmayıl Haniyənin öldürülməsinə cavab adlandırıb.

//Samir Qurbanov, Editor.az