Danimarkada Quranın yandırılması qadağan edildibackend

Danimarkada Quranın yandırılması qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka parlamenti müqəddəs mətnlərin təhqir olunmasını qadağan edən qanunu təsdiqləyib.

Editor.az Danimarka Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun Danimarkada terror təhlükəsini artıran “sistemli təqibləri” dayandırmaq məqsədi ilə qəbul edilib. Yeni qanuna əsasən, “dini icmalar üçün mühüm əhəmiyyət kəsb edən müqəddəs mətnlərə, eləcə də müqəddəs kitablara oxşayan əşyalara açıq şəkildə pis münasibət göstərmək” cinayət sayılacaq.

Qadağa “müqəddəs yazının kiçik bir hissəsini” ehtiva edən sənət əsərlərinə şamil edilmir.

Yeni qanunu pozanları cərimə və ya iki ilə qədər həbs gözləyir. Qanun qüvvəyə minməzdən əvvəl Danimarka kraliçası II Marqret tərəfindən imzalanmalıdır və onun 2023-cü ilin sonuna qədər imzalanması gözlənilir. “Reuters”in məlumatına görə, təkcə 2023-cü ildə krallıqda 500-dən çox Quran yandırılıb.

İslam Əməkdaşlıq Təşkilatı və onun bir çox üzvü bu cür hərəkətləri kəskin şəkildə pisləyib. Avqust ayında Quranın yandırılması ilə əlaqədar kütləvi etiraz aksiyalarına ev sahibliyi edən İsveçin hakimiyyət orqanları müqəddəs kitaba hörmətsizliklə bağlı qanun qəbul etməyi planlaşdırmadıqlarını açıqlamışdılar.

//Samir Qurbanov, Editor.az