Danimarkanın Ukraynaya 2 milyard kron (təxminən 290 milyon dollar) dəyərində hərbi yardım etdiyi bildirilir.
Editor.az Danimarkanın DR dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Morten Bodskov açıqlama verib.
İsveç hökuməti də Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqlayıb. Açıqlamada Ukraynaya yüksək səviyyədə hərbi dəstək veriləcəyi, dəstəyin mahiyyətinin məxfilik səbəbindən açıqlanmayacağı bildirilib.
Qeyd edək ki, İsveç daha əvvəl Ukraynaya 135 min əsgərinə 5 min “AT4” tank əleyhinə silah, 5 min polad jilet, 5 min hərbi dəbilqə və hazır yemək göndərmişdi.
//Gülnarə Abasova, Editor.az

