Danimarkadan Ukraynaya 6,7 milyardlıq növbəti yardım paketibackend

Danimarkadan Ukraynaya 6,7 milyardlıq növbəti yardım paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka hakimiyyəti Ukraynaya ümumi dəyəri 6,7 milyard Danimarka kronu (987 milyon dollar) olan hərbi yardım paketi ayırıb.

Editor.az bildirir ki, Bu barədə cümə axşamı Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yardım Ukrabnanın hava hücumundan müdafiə və hava qüvvələrinin gücləndirilməsinə yönələcək. Agentliyin saytında yerləşdirilən bəyanatda deyilir: “İanə paketi ardıcıl 25-cidir və onun 2025-2027-ci illərdə həyata keçirilməsi üçün 6,7 milyard DKK ayrılıb”.

Press-relizdə o da bildirilir ki, yardım Ukraynanın hava hücumundan müdafiə, artilleriya və Hərbi Hava Qüvvələrinin gücləndirilməsinə yönəldiləcək. Vəsaitlər həmçinin dronların və İT infrastrukturunun dəstəklənməsinə yönəldiləcək.
Xatırladaq ki, 2024-cü ildə Danimarka və Ukrayna on illik təhlükəsizlik sazişi imzalayıb. Danimarka səlahiyyətliləri vəsaitin Danimarkanın Ukraynaya yardım fondundan ayrılacağını bildirib və o zaman bu vəsaitin 69,1 milyard kron (10 milyard dollar) olduğu bildirilir.

//Samir Qurbanov, Editor.az