Danimarka Ukraynaya 5,8 milyard Danimarka kronu (833 milyon dollar) dəyərində hərbi yardım edəcək.
Editor.az xarici mediaya istinadən bildirir ki, Müdafiə Nazirliyi Rusiya ilə müharibədə Ukraynaya yeni hərbi dəstək verəcəyi barədə açıqlama verib.
Sözügedən paketə tanklar, piyada hücum maşınları, tank sursatları və zenit silahları daxil olacaq. Dəyəri 833 milyon dollar olan paketin 2023, 2024 və 2025-ci illərdə üç hissədə çatdırılması gözlənilir. Bu paket 2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Danimarkanın Ukraynaya verdiyi ən böyük yardım kimi qeydə alınıb.
//Safura Bənnayeva, Editor.az

