Türkiyə Kopenhagendə müsəlmanlar üçün müqəddəs Quranın yandırılması ilə bağlı davam edən aksiyalardan bir daha narazılığını bildirib.
Editor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə xəbər verib. “Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün (23 avqust Qurani-Kərimin yandırılmasının davam etməsi ilə əlaqədar nazirliyə çağırılıb” – Türkiyə diplomatiyasının nümayəndəsi bildirib.
O, müvəqqəti vəkilin səfirliyə getməsinin ilk dəfə olmadığına da aydınlıq gətirib. Bir gün əvvəl, eləcə də bazar ertəsi və cümə günləri də o, nazirliyə çağırılmışdı.
//Samir Qurbanov, Editor.az

