Danimarkanın baş naziri Mette Frederiksen deyib ki, Ukraynanın müttəfiqləri Rusiya ərazisinin dərinliklərinə dərin zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməlidirlər.
Onun fikrincə, Ukrayna üçün bu cür məhdudiyyətlərin aradan qaldırılması münaqişənin genişlənməsinə səbəb olmayacaq. “Mənim təklifim “qırmızı xət”lərin müzakirəsini dayandırmağı nəzərdə tutur.
Bu müharibə zamanı “qırmızı xət”lərlə bağlı ictimai müzakirələrin aparılması səhvdir”, – deyə xanım Frederiksen “Bloomberg”ə bildirib. O qeyd edib ki, Rusiya 2022-ci ilin fevralında müharibəyə başlamaqla “ən vacib qırmızı xətti artıq keçib”. Danimarkanın baş naziri həmçinin Ukraynaya silah tədarükündəki gecikmələri aradan qaldırmağa çağırıb və münaqişənin özünü “qlobal” adlandırıb.
//Samir Qurbanov, Editor.az