Danimarkanın Ukraynaya “F-16” qırıcılarını vermək qərarına Rusiya sərt reaksiya verdibackend

Danimarkanın Ukraynaya “F-16” qırıcılarını vermək qərarına Rusiya sərt reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Danimarka F-16 qırıcılarının Ukraynaya tədarükünə müharibənin “eskalasiyası” kimi baxacaq.

Editor.az bildirir ki, bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib. “Sülh şərtlərini Ukraynanın özü müəyyən etməli olduğu tezisinin arxasında gizlənən Danimarka öz əməlləri və sözləri ilə Ukraynaya Rusiya ilə hərbi qarşıdurmanı davam etdirməkdən başqa yol qoymur”, – bəyanatda deyilir.

Bu müharibədə təcavüzkar ölkəni təmsil edən Barbin həmçinin Danimarkanın hərbi yardımının “Ukraynanı uçuruma apardığını, əhalisini isə yeni faciələrə məhkum etdiyini” iddia edib.

“Rusiyanın milli təhlükəsizliyini təmin etmək üçün Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə nail olunacaq”.

//Samir Qurbanov, Editor.az