Danimarkanın müdafiə naziri Trols Lund Poulsenin izahatına əsasən, Ukraynaya təhvil verilən 20 “Leopard 1A5” tankından 12-də qüsurlar aşkar edilib.
Editor.az xəbər verir ki, bu barədə TV2 məlumat yayıb. Poulsen artıq Ukraynada olan 10 tankla bağlı problemləri etiraf edir. Onun qeydində bildirilir ki, bu qüsurlar artıq Ukrayna tərəfi tərəfindən aradan qaldırılır.
Nazir onu da deyib ki, daha 10 “Leopard 1A5” tankı hazırda Polşadadır. Bu tanklardan da ikisində ciddi qüsurların olduğu bildirilir.
Bundan əvvəl Almaniyanın “Spiegel” nəşri Ukraynanın Almaniyadan gələn 10 “Leopard 1A5” tankının partiyasını qəbul etməkdən imtina etdiyini, onların təmirə ehtiyacı olduğunu, Ukrayna tərəfinin isə bunun üçün nə texniki işçiləri, nə də ehtiyat hissələrinin olmadığını müəyyən edib.
//Samir Qurbanov, Editor.az