Danışıqlar prosesində bəzi GİZLİ MƏQAMLAR: Sülh müqaviləsi harda imzalanacaq?-AÇIQLAMAbackend

Danışıqlar prosesində bəzi GİZLİ MƏQAMLAR: Sülh müqaviləsi harda imzalanacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında danışıqlar daha çox qapalı məcrada gedir. Azərbaycan Prezidenti İlham Əliyev də yerli kanallara verdiyi son açıqlamasında Ermənistanla danışıqların diplomatik kanallar vasitəsilə bəzi məqamlarda məxfi formada aparıldığını deyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

S. Hümbətov bildirib ki, danışıqlar prosesində bəzi gizli detallar yalnız razılaşma həyata keçirildikdən sonra açıqlana bilər:

“Ermənistan bəzi ölkələrdən, xüsusilə Rusiya, İran, Hindistan, Fransadan silah alışını həyata keçirir. Bu özlüyündə danışıqlar prosesinə mənfi təsirini mütləq şəkildə göstərəcək. Əgər bir dövlət sülh istəyirsə, mütləq şəkildə ona uyğun addımlar atmalıdır. Görünür, rəsmi İrəvan immitasiya xarakterli açıqlamalar da verə bilər, yaxud da sülh pərdəsi altında öz niyyətini də həyata keçirə bilər. Hesab edirəm ki, hazırda sülhdən danışmaq üçün hələ tezdir. Çünki bəzi detallar razılaşdırılmayıb. Təxmin edirəm ki, iki ölkə arasında sülh müqaviləsi ya Azərbaycan-Ermənistan dövlət sərhədində, yaxud da Gürcüstanda imzalansa daha məqsədəuyğun olar. Hər bir halda Azərbaycan üçün arzuolunan hal sülh müqaviləsinin bəndlərinin razılaşdırılıb ortaya qoyulmasıdır, harada imzalanması daha çox ikinci planda olan məsələdir”.

//Gülnarə Abasova, Editor.az