Danışıqlara başlamaq qərarını yalnız Zelenski verə bilərbackend

Danışıqlara başlamaq qərarını yalnız Zelenski verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə danışıqlara başlamaq üçün yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.

Editor.az bildirir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Kirbinin sözlərinə görə, “Biz hamımız razıyıq ki, Putin qoşunlarının çıxarılmasından başqa, diplomatik həll mümkün olan ən yaxşı şeydir.

Lakin danışıqlara hazır olub-olmadığını, bu danışıqların nə vaxt və necə olacağını yalnız Zelenski özü müəyyənləşdirir”. Kirbi Ukrayna liderini nəzərdə tutaraq əlavə edib: “ABŞ-da heç kim onu danışıqlara təhrik etmir, məcbur etmir və ya itələmir”.

  //Samir Qurbanov, Editor.az