“Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub” – Rusiyalı politoloqbackend

“Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub” – Rusiyalı politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin artıq ikinci mərhələsidir. Moskvaya yönəlik sanksiyaların tətbiqi, Rusiyanın mövqeyindən geri çəkilməməsi və Ukraynada cərəyan edən hadisələr dünya mediasının əsas müzakirə mövzusu olaraq qalır. Demək olar ki, dünyanın əksər dövlətləri Rusiyanın hücumunu pisləyərək, bu ölkəyə sanksiyalar tətbiq edir.İ ndiki durumda Rusiya hansı addımları atacaq? Ukrayna-Rusiya danışıqları nə ilə sonlanacaq?

Editor.az xəbər verir ki, rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredix Moskvanın son addımlarını Modern.az-a şərh edib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub, tərəflər anlaşma nöqtələri tapırlar:

“Rusiya xüsusi əməliyyatı başa çatdırmağın formatını – Ukraynanın demilitarizasiyası və denazifikasiyasını aydın şəkildə göstərib. Hazırkı vəziyyətdə Ukrayna nümayəndə heyəti əhalinin maraqlarını təmsil edirmi, onu müzakirə etmək lazımdır. Onlar hələ də Rusiya ilə tam razılaşa bilmirlər, lakin danışıqlarda irəliləyiş əldə olunub”.